Sidneydə terrorçunu müsəlman mağaza sahibi zərərsizləşdirib
Sidneydə baş verən terror hadisəsi zamanı hücumçunu zərərsizləşdirən şəxsin müsəlman olduğu açıqlanıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, terrorçu Sazerlend rayonunda yerləşən meyvə mağazasının sahibi, 43 yaşlı Əhməd Əl Əhməd tərəfindən saxlanılıb. Qarşıdurma zamanı Əhməd iki dəfə əlindən yaralansa da, mübarizəni davam etdirərək hücumçunu zərərsizləşdirə bilib.
Hazırda Əhməd Əl Əhməd xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onun həyatına təhlükə yoxdur.
11:05 15.12.2025
Oxunuş sayı: 1350