İsrailin Baş naziri Benyamin Netanyahu Avstraliyanın Baş naziri Entoni Albanesini ölkədə antisemitizmə qarşı kifayət qədər ciddi mübarizə aparmamaqda ittiham edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Netanyahu bildirib ki, Avstraliya hökuməti antisemitizmin yayılmasının qarşısını almaq üçün heç bir təsirli addım atmayıb və bu, yəhudilərə qarşı hücumların artmasına səbəb olub.
Onun sözlərinə görə, hökumətin fəaliyyətsizliyi ölkə daxilində təhlükəli tendensiyaların dərinləşməsinə şərait yaradıb.
Qeyd edək ki, Avstraliya bu il Fələstini tanıyan ilk dövlətlərdən biri olub.
Nəzrin Abbas