İsrailin Qəzzaya zərbəsi nəticəsində HƏMAS komandiri öldürülüb
İsrail Qəzza zolağına hava zərbəsi endirib. Hücum nəticəsində HƏMAS-ın yüksək rütbəli hərbi komandirlərindən birinin öldürüldüyü bildirilir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İsrail Ordusuna (SAXAL) məxsus pilotsuz uçuş aparatı Qəzza şəhərinin qərb hissəsində hərəkətdə olan avtomobili hədəfə alıb.
Zərbənin əsas hədəfinin HƏMAS-ın yüksək rütbəli komandiri Raad Saad olduğu qeyd olunur. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
Nəzrin Abbas
10:42 15.12.2025
Oxunuş sayı: 1302