Paşinyanın xarici səfərlərinə ayrılan vəsait iki dəfə artıb
2025-ci ildə Ermənistan Baş nazirinin aparatının Nikol Paşinyanın xarici ezamiyyətləri üçün ayırdığı vəsait ötən illə müqayisədə iki dəfə artıb.
Crossmedia.az xəbər verir ki, “Sputnik Armenia”nın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildə Paşinyanın xarici səfərlərinə 3,29 milyon dram xərclənib.
2025-ci ilin yanvar–noyabr aylarında isə bu məbləğ 5,96 milyon drama çatıb. Xərclərin əsas hissəsi gündəlik ehtiyaclar və aviabiletlərə yönəldilib.
Aparatdan bildirilib ki, mehmanxana və nəqliyyat xərcləri ümumi şəkildə ödənildiyindən baş nazirə düşən pay ayrıca hesablanmır. Ailə üzvlərinin səfər xərcləri isə şəxsi vəsait hesabına qarşılanıb.
Nəzrin Abbas
10:12 15.12.2025
Oxunuş sayı: 1455