Rostovda PUA-lar vuruldu, yanğın baş verdi
Rostov-na-Donuda gecə saatlarında bir neçə partlayış qeydə alınıb.
Crossmedia.az bu barədə xarici KİV-ə iatinadən xəbər verir.
Məlumata görə, HHM qüvvələri şəhər üzərində bir neçə PUA-nı məhv edib. Vurulan dronlardan birinin qalıqları fərdi yaşayış sektoruna düşərək yanğına səbəb olub, hadisə yerinə xilasedicilər cəlb edilib.
Eyni gecə Belqorodda da zərbə nəticəsində tüstülənmə və elektrik enerjisinin kəsilməsi müşahidə olunub. Moskva meri Sergey Sobyanin paytaxt üzərində hava hədəflərinin vurulduğunu, Ramzan Kadırov isə Çeçenistanda dron təhlükəsinin davam etdiyini bildirib.
Nəzrin Abbbas
09:11 15.12.2025
Oxunuş sayı: 1335