Bondidə yəhudi icmasına hücum
Avstraliyanın Yeni Cənubi Uels ştatında, Bondi Çimərliyində yəhudi icmasını hədəf alan silahlı hücum nəticəsində 11 nəfər ölüb, 29 nəfər isə xəstəxanaya yerləşdirilib. Yaralananlar arasında bir uşağın da olduğu bildirilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında Britaniyada anadan olmuş ravvin Eli Şlanger də var. Hücum Hanukka bayramının başlanğıcı münasibətilə keçirilən tədbir zamanı baş verib. Polisin məlumatına görə, tədbirdə 1000-dən çox insan iştirak edib.
Yeni Cənubi Uels Polisi silahlı şəxsin hadisə yerində zərərsiz hala salındığını, ikinci şübhəlinin isə ağır vəziyyətdə olduğunu açıqlayıb. Yayılan videolardan biri hücumun necə həyata keçirildiyini ən aydın şəkildə göstərib.
Yeni Cənubi Uelsin Baş naziri Kris Minns qeyd edib ki, Avstraliyada kütləvi atışmalar nadir hallarda baş verir və bu səbəbdən hadisə daha da şokedici xarakter daşıyıb.
Türkan Kərimli
23:45 14.12.2025
Oxunuş sayı: 1141