Merz Zelenskinin ABŞ nümayəndələri ilə danışıqlarını tərk edib
Almaniya kansleri Fridrix Merz Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ rəsmiləri arasında Berlində keçirilən danışıqları tərk edib.
Crossmedia.az “İzvestiya”-ya istinadən xəbər verir ki, Almaniya hökumətinin başçısı iştirakçıları qısa salamladıqdan sonra iclasdan ayrılıb. Məlumata görə, Merzin köməkçisi Günter Sautter Ukrayna və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlarda moderator kimi qalıb.
Bildirilib ki, Zelenskinin ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerlə görüşü həmin günün əvvəlində başlayıb. Görüşün əvvəlində Merz Ukrayna nümayəndə heyəti ilə birlikdə danışıqlar masasında əyləşib.
Xəbərdə qeyd olunur ki, Amerika nümayəndə heyətinin korteji gün ərzində Berlin küçələrində müşahidə edilib. Stiven Vitkoff ABŞ-nin Almaniyadakı səfirliyinin yaxınlığında yerləşən “Adlon” otelində qalıb.
Türkan Kərimli
21:51 14.12.2025
Oxunuş sayı: 1349