Avropadan Sidneydəki atışmaya sərt reaksiyalar: “Bu, bütün yəhudilərə qarşı nifrət aktıdır”
Avstraliyanın Sidney şəhərində Hanukka bayramı zamanı baş verən silahlı hücum Avropa liderləri tərəfindən kəskin şəkildə pislənib.
Crossmedia.az xəbər verir ki,Almaniya və Fransa rəsmiləri hadisəni bütün dünyadakı yəhudilərə qarşı yönəlmiş terror və antisemit nifrət aktı kimi qiymətləndiriblər.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful hücumdan dərin sarsıntı keçirdiyini bildirib, Fransa prezidenti Emmanuel Makron isə antisemit nifrətlə mübarizənin davam etdiriləcəyini vurğulayıb.
Almaniyadakı Yəhudilərin Mərkəzi Şurası və ölkənin təhsil naziri Karin Prien də qurbanlara və yəhudi icmasına dəstək ifadə ediblər.
17:00 14.12.2025
Oxunuş sayı: 1556