Zaxarova Sidneydəki atışmanı dəhşətli faciə adlandırıb
Sidney çimərliyində Hanuka bayramı zamanı baş verən atışma dəhşətli bir faciə idi və Rusiya Avstraliyadan gələn xəbərləri diqqətlə izləyir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu 14 dekabrda aşıqlayıb.
“Biz Avstraliyadan gələn dəhşətli xəbərləri izləyirik. Dini bayram zamanı günahsız insanların güllələnməsi dəhşətli bir faciədir.Terrorizmə heç bir haqq qazandırmaq olmaz!”, - deyə Zaxarova TASS -a verdiyi müsahibədə bildirib .
O əlavə edib ki, Rusiyanın Kanberradakı səfirliyi və Sidneydəki Baş Konsulluğu qurbanlar arasında Rusiya vətəndaşlarının olub-olmadığını araşdırır.
Səriyyə Tağıyeva
16:40 14.12.2025
Oxunuş sayı: 1297