Ağdam Dövlət Dram Teatrı Ağcabədidə “Müsyö Jordanın Qarabağ sərgüzəştləri” tamaşasını təqdim edib
Ağdam Dövlət Dram Teatrı Ağcabədi rayonunda qastrol səfərində olub.
Crossmedia.az xəbər verir ki, teatr ağcabədili tamaşaçılar qarşısında M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” pyesi əsasında hazırlanmış “Müsyö Jordanın Qarabağ sərgüzəştləri” tamaşası ilə çıxış edib.
Tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Müşviq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşu Şükür Həsənzadə, rejissor assistenti Ceyhun Yusifovdur.
Səhnə əsərində rolları Kərim Həsənov, Anar Əhməd, Zərifə Ağayeva, Fərhad Fərhadzadə, Afərdə Əhmədova, Ramil Hüseynzadə, Xəyalə Xudadatova, Camal Zamanov, Qalib Abdullazadə, Behbud Əsgərov, Turan Nərimanov, Yusif Ziyadlı ifa ediblər.(AZƏRTAC)








15:55 14.12.2025
Oxunuş sayı: 1351