Almaniya ordusu: Polşanın "Şərq qalxanı" əməliyyatına qoşulması planlaşdırılır
Almaniya ordusu Polşanın Şərq qalxanı əməliyyatına qatılmağı nəzərdən keçirir. Bu əməliyyat çərçivəsində Kalininqrad vilayəti və Belarusla sərhəddə müdafiə istehkamlarının inşa edilməsi planlaşdırılır.
Crossmedia.az "Bild"-ə istinadən xəbər verir ki, Almaniya hərbi rəsmiləri əməliyyata qoşulmağın regionun təhlükəsizliyini gücləndirəcəyini bildiriblər. Onlar qeyd ediblər ki, müdafiə istehkamlarının inşası strateji mövqelərin qorunması baxımından vacibdir.
Almaniya ordusunun açıqlamasında həmçinin vurğulanıb ki, əməliyyatın həyata keçirilməsi zamanı NATO standartlarına uyğun hərbi planlaşdırma və koordinasiya aparılacaq.
14:55 14.12.2025
Oxunuş sayı: 1268