Livan XİN İrana yeni səfir təyinatını “dondurdu”
Livan Xarici İşlər Nazirliyi İranın Beyruta təyin etdiyi yeni səfirinin etimadnaməsini təsdiqləməyib. Nazir Raci bu məsələni Nazirlər Kabinetinə təqdim etməyib və Prezident Sarayına surət göndərməyib.
Crossmedia.az Livanın “Əl Əxbar” qəzetinə istinadən xəbər verir ki, Raci təklif olunan İran səfirinin adını kabinetin zibil qutusuna atıb və qanunu pozaraq baxılması üçün təqdim etməyib. O, həmçinin Tehrana xəbər verməyib ki, yeni səfirini göndərməsin.
Nazirin addımlarının ABŞ və Səudiyyə Ərəbistanı ilə razılaşdırıldığı və iki ölkə arasında diplomatik böhran yaratmaq məqsədi daşıdığı bildirilir.
14:43 14.12.2025
Oxunuş sayı: 1244