Merz: Rusiya yalnız Ukraynaya yox, Avropaya da müharibə aparır
Almaniya kansleri Fridrix Merz bildirib ki, Rusiya yalnız Ukraynaya qarşı deyil, bütün Avropaya qarşı müharibə aparır. O vurğulayıb ki, Ukraynanın süqutu ilə münaqişə bitməyəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Merz deyib: “1938-ci ildə olduğu kimi, Sudet bölgəsi də kifayət deyildi.
Putin dayanmayacaq”. O əlavə edib ki, Rusiya daha geniş hədəflər üçün addımlar atmaqda davam edəcək.
11:57 14.12.2025
Oxunuş sayı: 1086