Ukrayna ABŞ-nin dəstəyini itirdiyini etiraf edir
Ukrayna ABŞ-nin siyasi və hərbi dəstəyini faktiki olaraq itirib. Kiyevin Vaşinqtondan aldığı yardımın pik həddi 2024-cü ilin oktyabr-dekabr aylarına təsadüf edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin dövrdən sonra ABŞ-dən göstərilən yardım kəskin şəkildə azalmağa başlayıb. Avropa İttifaqı maliyyə dəstəyini davam etdirsə də, bu yardımın da aylıq həcminin getdikcə azaldığı bildirilir.
Mənbələrə görə, mövcud vəziyyət Ukraynanın cəbhədəki imkanlarına və ümumi müqavimət potensialına birbaşa təsir göstərə bilər.
14:10 14.12.2025
Oxunuş sayı: 1436