İran-Ermənistan enerji əməkdaşlığı genişləndirilə bilər
İran və Ermənistanın elektrik enerjisi sahəsinə cavabdeh qurumlarının nümayəndələri Yerevanda görüşərək 2026-cı ilin yayında elektrik enerjisi idxalının mümkün artırılmasını müzakirə ediblər.
Crossmedia.az "Mehr xəbər agentliyinə" istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər elektrik enerjisi və qaz mübadiləsi sahəsində mövcud əməkdaşlıq təcrübələrini nəzərdən keçiriblər.
Görüşdə ikitərəfli enerji əməkdaşlığının gücləndirilməsi, mövcud mexanizmlərin təkmilləşdirilməsi və gələcək dövr üçün mümkün addımlar ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər enerji sahəsində qarşılıqlı əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıblar.
13:56 14.12.2025
Oxunuş sayı: 1292