Ukraynada dərman qıtlığı riski artır
Ukraynada dərman qıtlığı yarana bilər. Rusiyanın son hava zərbələri nəticəsində ölkə üzrə bir çox dərman anbarları dağıdılıb.
Crossmedia.az "BBC"-ə istinadən xəbər verir ki, bu vəziyyət artıq apteklərdə ciddi dərman defisitinə səbəb olub. Məlumata görə, son həftələr həyata keçirilən hücumlar Ukraynanın əczaçılıq sektoruna ağır zərbə vurub.
Qeyd olunur ki, anbarların sıradan çıxması dərmanların bölgələr üzrə paylanmasını çətinləşdirib və bir sıra həyati vacib preparatların tapılmasında problemlər yaranıb. Mütəxəssislər mövcud vəziyyətin davam edəcəyi təqdirdə səhiyyə sisteminin daha ciddi risklərlə üzləşə biləcəyini bildirirlər.
13:36 14.12.2025
Oxunuş sayı: 1351