Palmirada İŞİD hücumu: amerikalı hərbçilər həlak oldu
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Suriyanın Palmira şəhərində Qərb koalisiyasının nümayəndə heyəti pusquya salınıb. Hücum nəticəsində iki ABŞ hərbçisi və bir mülki şəxs həlak olub, daha üç hərbçi isə yaralanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Pentaqonun açıqlamasında bildirilib ki, pusqu tək bir İŞİD döyüşçüsü tərəfindən təşkil olunub və hücumu həyata keçirən şəxs tərəfdaş qüvvələr tərəfindən zərərsizləşdirilib. Qeyd olunur ki, bu hadisə İŞİD-in uzun fasilədən sonra ABŞ hərbçilərinə qarşı həyata keçirdiyi ilk bu cür əməliyyatdır.
Məlumata görə, hücumdan sonra ABŞ və Suriya qüvvələri hərəkətə keçib. Palmira şəhərində təhlükəsizlik əməliyyatı aparılıb və Suriya mediasının məlumatına əsasən, əməliyyat zamanı azı üç nəfər saxlanılıb. ABŞ hərbçiləri təxminən iki saat sonra şəhəri tərk ediblər.
Hadisədən sonra ABŞ-yə məxsus təyyarələr əraziyə qalxaraq atəş dəstəyi verib. Hücum Türkiyə və İordaniyanın Xarici İşlər Nazirlikləri tərəfindən pislənib.
Xatırladaq ki, 13 dekabr tarixində baş verən hücum nəticəsində iki ABŞ hərbçisi və bir mülki tərcüməçi həlak olub, həm suriyalı, həm də amerikalı bir neçə nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
13:06 14.12.2025
Oxunuş sayı: 1314