Dövlət Duması: Ukrayna PUA hücumları ilə danışıqları pozmaq istəyir
Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik bildirib ki, Ukraynanın Rusiyaya qarşı PUA hücumları sülh danışıqlarını pozmağa yönəlib və məqsəd Rusiya ordusunu cavab addımlarına təhrik etməkdir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya mülki hədəflərə zərbə endirməyəcək.
Deputat bu hücumları Kiyevin “ümidsizlik jestləri” kimi dəyərləndirib. Rusiya Müdafiə Nazirliyi isə son saatlarda müxtəlif regionlar üzərində onlarla Ukrayna dronunun məhv edildiyini açıqlayıb.
Nəzrin Abbas
12:07 14.12.2025
Oxunuş sayı: 1479