Qarabağ və Şərqi Zəngəzurda əhali sayı 64 mini ötüb
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşma prosesi sürətlə davam edir.
Crossmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, dekabr ayının əvvəlinə etibarən bu ərazilərdə yaşayanların ümumi sayı 64 512 nəfərə yüksəlib.
Məlumata əsasən, "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində öz doğma yurdlarına qayıdan vətəndaşların sayı artıq 23 394 nəfərə çatıb. Bu rəqəmlər Böyük Qayıdışın praktiki nəticələrinin, bərpa və quruculuq işlərinin effektivliyinin göstəricisi kimi qiymətləndirilir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məhəllələrinin salınması, sosial infrastrukturun yaradılması və kommunal xidmətlərin qurulması prosesi davam edir. Rəsmi statistika bölgədə həyatın bərpasının sürətlə getdiyini, məcburi köçkünlərin öz torpaqlarına dönməsinin isə plana uyğun şəkildə irəlilədiyini təsdiqləyir.
Bu göstəricilər işğaldan azad edilmiş torpaqlarda normal həyatın bərpası istiqamətində dövlətin həyata keçirdiyi kompleks tədbirlərin növbəti uğuru hesab olunur.
Nigar Yahyazadə
14:50 12.12.2025
Oxunuş sayı: 1407