Rusiya Mərkəzi Bankı "Euroclear"a qarşı məhkəmə iddiası qaldıracaq
Rusiya Mərkəzi Bankı "Euroclear" şirkətinə qarşı Rusiya məhkəməsində iddia qaldırmağı planlaşdırır. Bankın açıqlamasına görə, iddia Avropa Komissiyasının Rusiya Mərkəzi Bankının vəsaitlərini daimi olaraq bloklamaq planları ilə bağlıdır.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bank "Euroclear" tərəfindən yaranan zərərin məbləğini bloklanmış vəsaitlərin, bloklanmış qiymətli kağızların və itirilmiş mənfəətin həcmi ilə müəyyən edib.
Həmçinin, məhkəmənin qərarından sonra, zərərlərin "Euroclear" aktivlərindən, o cümlədən Rusiyaya dost ölkələrdəki aktivlərdən kompensasiyası proseduru müəyyən ediləcək.
Mehriban İbrahimli
14:43 12.12.2025
Oxunuş sayı: 1108