Tverdə yaşayış binasına dron hücumu: 7 nəfər yaralanıb
Rusiyanın Tver şəhərində çoxmərtəbəli yaşayış binasına Ukrayna pilotsuz uçuş aparatlarının hücumu nəticəsində bir uşaq olmaqla 7 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Tver vilayətinin vəzifələri icra edən qubernatoru Vitali Korolyov məlumat verib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib, bina sakinləri isə təxliyə olunub. Yerli teleqram kanallarının məlumatına görə, dron Osnabruk küçəsindəki yaşayış binasına düşüb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, gecə ərzində hava hücumundan müdafiə qüvvələri ümumilikdə 90 Ukrayna dronunu məhv edib, onlardan üçü Tver vilayəti üzərində vurulub. Bundan əlavə, Yaroslavl vilayətindəki “Slavneft–YANOS” neft emalı zavodunun da dronlarla hücuma məruz qaldığı qeyd olunur.
Sevinc Yarməmmədova
14:10 12.12.2025
Oxunuş sayı: 1001