Aşqabaddakı forumda Ermənistan prezidenti: Cənubi Qafqazda sülhü möhkəmləndirməyə qərarlıyıq
Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli – 2025” forumunda çıxış edən Ermənistan prezidenti Vaaqn Xaçaturyan hökumətin Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına yönəldiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Xaçaturyan xatırladıb ki, bu il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması və “Tramp marşrutu” adlı təşəbbüs regional sabitliyə töhfə vermək məqsədi daşıyır.
O, xarici ölkələrin nümayəndələrini Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunması prosesini dəstəkləməyə çağırıb.
Sevinc Yarməmmədova
13:52 12.12.2025
Oxunuş sayı: 1055