Ağ Ev: Venesuela ilə uzunmüddətli münaqişə Trampın maraqlarına uyğun deyil
Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, Venesuela ilə uzun sürən qarşıdurma ABŞ prezidenti Donald Trampın maraqlarına uyğun deyil və administrasiya vəziyyətin gərginləşməsini istəmir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Leavitt açıqlamasında ABŞ-nin dünən Karib dənizində saxlanılan neft tankerindən ələ keçirilən nefti müsadirə edəcəyini də qeyd edib. Onun sözlərinə görə, qərar “ABŞ-nin milli təhlükəsizlik maraqlarına uyğun olaraq” verilib.
Ağ Ev rəsmisi vurğulayıb ki, administrasiya regionda sabitliyin pozulmamasına xüsusi önəm verir və qarşıdakı proseslər ABŞ-nin Venesuela ilə münasibətlərinin gələcək istiqamətini müəyyən edəcək.
Türkan Kərimli
13:40 12.12.2025
Oxunuş sayı: 1125