Azərbaycan Sidneydə keçirilən ənənəvi Türk Festivalında təmsil olunub
Avstraliya İttifaqının Sidney şəhərində ənənəvi Türk Festivalı keçirilib. Festivalda Azərbaycan icması ilə bərabər türk, özbək, qazax, qırğız, tatar icmaları öz musiqi və mədəniyyətlərini nümayiş etdiriblər.
Crossmedia.az xəbər verir ki, festival çərçivəsində Azərbaycana aid xüsusi guşə yaradılıb. Burada ölkəmizin zəngin mədəni irsindən və milli musiqisindən nümunələr sərgilənib.
Tədbirdə Azərbaycanın Əməkdar artisti Sevinc Hüseynlinin rəhbərlik etdiyi “Odlar Yurdu” qrupunun və Şəhla Hümbətovanın ifasında rəqs və mahnılarımız təqdim olunub. Onların çıxışı alqışlarla qarşılanıb.

14:13 10.12.2025
Oxunuş sayı: 1085