"Sabah" Çempionlar Liqasında növbəti oyununu oynayacaq
"Sabah" basketbol komandası Çempionlar Liqasında bu gün növbəti oyununa çıxacaq.
Crossmedia.az-ın məlumatına görə, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" B qrupunda 4 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 5 xalla üçüncüdür. Fransanın "Elan Şalon" kollektivi 8 xalla liderdir. Almaniyanın "Alba" (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.
09:45 09.12.2025
Oxunuş sayı: 949