İsrail XİN: “HƏMAS İran qədər islaholunmazdır” – Gərginlik yenidən artır
İsrail Xarici İşlər Nazirliyi farsdilli “X” hesabında paylaşım edərək HƏMAS-ı “İran qədər islaholunmaz” adlandırıb.
Xalid Məşəl çıxışında hərəkatın tərksilah olunmayacağını, HƏMAS-ın “silahlarından, hökumətindən və yolundan imtina etmək niyyətində olmadığını” bildirib. O, Qəzzaya beynəlxalq qüvvələrin nəzarəti ilə bağlı təklifləri də rədd edib və bunu Donald Trampın sülh planı ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.
Bundan bir neçə saat sonra HƏMAS-ın Qəzzaya silah çatdırılması üzrə danışıqlar qrupunun rəhbəri Xəlil əl-Həyya əlavə edib ki, hərəkatın silahları “işğalın mövcudluğu ilə bağlıdır”. Onun sözlərinə görə, işğal başa çatacağı təqdirdə bu silahlar gələcəkdə qurulacaq “müstəqil və suveren Fələstin dövlətinin” nəzarətinə verilə bilər.
Nəzrin Abbas
21:50 07.12.2025
Oxunuş sayı: 1406