Azərbaycanın basketbol millisi beynəlxalq turnirdə ikinci oyunda da qələbə qazanıb
Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnirdə keçirdiyi ikinci oyunu da qələbə ilə başa vurub.
Crossmedia.az xəbər verir ki, yığma bu dəfə Qazaxıstandan güclü olub - 74:60.
Qeyd edək ki, U-16 turnirdəki ilk matçında Belarusu 65:61 hesabı ilə məğlub etmişdi.
14:30 07.12.2025
Oxunuş sayı: 1351