Azərbaycan-Fransa münasibətlərinin cari perspektivləri barədə fikir mübadiləsi aparılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Haddad ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Rəsmilər Azərbaycan-Fransa münasibətlərinin cari məsələləri və perspektivləri, regional təhlükəsizlik, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
22:55 04.12.2025
Oxunuş sayı: 999