ABŞ-da bayraqlar yarıya qədər endirilib
ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın güllələnmiş əsgəri Sara Bekstromun xatirəsinə hörmət əlaməti olaraq ölkədə bütün bayraqların gün batana qədər yarıya endirilməsini əmr edib.
Crossmedia.az-ın məlumatına görə, bununla bağlı imzalanmış bəyannamədə Prezident bayraqların Ağ Evdə, bütün dövlət binalarında və ərazilərdə, hərbi postlarda və dəniz məntəqələrində, eləcə də Federal Hökumətin Kolumbiya dairəsində, Amerika Birləşmiş Ştatları, onun əraziləri və mülklərində yerləşən bütün gəmilərində yarıya qədər endirilməsini tapşırıb.
Həmçinin bayraqlar bütün ABŞ səfirliklərində, nümayəndəliklərində, konsulluq idarələrində və xaricdəki digər obyektlərdə, o cümlədən bütün hərbi obyektlərdə, dəniz gəmilərində və məntəqələrində bu gün ərzində yarıya qədər endirilib.(AZƏRTAC)
21:37 04.12.2025
Oxunuş sayı: 958