Putinin səfəri ilə bağlı Baş nazir paylaşım etdi
Vladimir Putinin Hindistana dövlət səfəri münasibətilə Baş nazir Narendra Modi X səhifəsində paylaşım edib. Modi bildirib ki, Rusiya-Hindistan dostluğu zamanın sınaqlarından keçib və hər iki xalq üçün böyük faydalar gətirib.
Crossmedia.az bu barədə xəbər verir. “Dostum Prezident Putini Hindistana salamlamaqdan məmnunam. Bu axşam və sabah keçiriləcək görüşlərimizi səbirsizliklə gözləyirəm. Hindistan-Rusiya dostluğu zamanla sınaqdan çıxmış və xalqlarımıza böyük töhfələr vermiş bir münasibətdir”,-deyə Modi qeyd edib.
Baş nazir daha sonra həmin paylaşımın rus dilində versiyasını da yayıb.
Sevinc Yarməmmədova
21:45 04.12.2025
Oxunuş sayı: 933