Azərbaycan Basketbol Liqası: "Abşeron Lions" qələbə qazanıb
Azərbaycan Basketbol Liqasının VIII turunda 1 qarşılaşma baş tutub.
Crossmedia.az xəbər verir ki, A qrupunda "Abşeron Lions" NTD ilə üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma "Abşeron Lions"un 102:87 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında"Sərhədçi" "Ordu"nu 100:64, "Gəncə" "Neftçi"ni 80:73 hesabı ilə məğlub edib.
20:30 04.12.2025
Oxunuş sayı: 1648