Putin: BRİKS üçün vahid valyutanın tezliklə tətbiqinə ehtiyac yoxdur
Rusiya prezidenti Vladimir Putin bildirib ki, BRİKS ölkələrinin vahid valyuta yaratması məsələsində tələskənliyə əsas yoxdur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Dövlət başçısının sözlərinə görə, hazırda diqqət daha çox birlik daxilində iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə yönəlib və yeni valyutanın dövriyyəyə buraxılması uzunmüddətli perspektiv tələb edir.
Putin həmçinin xatırladıb ki, ABŞ-nin sabiq prezidenti Donald Tramp bundan əvvəl BRİKS-in dollar alternativi kimi vahid valyuta yaratacağı halda təşkilat ölkələrinə 100%-lik gömrük rüsumları tətbiq etmək ilə hədələyib.
Rusiya lideri hesab edir ki, BRİKS çərçivəsində valyuta mexanizmlərinin formalaşdırılması mərhələli şəkildə, iqtisadi əsaslandırmaya uyğun aparılmalıdır.
Türkan Kərimli
21:52 04.12.2025
Oxunuş sayı: 1066