Qırğızıstan və Böyük Britaniya kritik minerallar üzrə memorandum imzalayıb
Qırğızıstan və Böyük Britaniya arasında kritik əhəmiyyətli minerallar sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sənəd iki ölkə arasında geoloji tədqiqatların genişləndirilməsini, yeni mineral yataqlarının araşdırılmasını və mövcud ehtiyatların səmərəli qiymətləndirilməsini nəzərdə tutur.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Memoranduma görə, tərəflər hasilat sektorunda yüksək ekoloji, sosial və idarəetmə standartlarının tətbiqinə xüsusi önəm verəcəklər. Bu addım gələcək layihələrin davamlılıq prinsipləri əsasında həyata keçirilməsinə şərait yaradacaq.
Türkanə Məşədiyeva
19:55 04.12.2025
Oxunuş sayı: 1111