Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Azərbaycan–Ermənistan sülh prosesini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Görüşdə tərəflər Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının mövcud gündəliyi və perspektivləri, ATƏT-in hazırda üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, geniş regiondakı vəziyyət, eləcə də Azərbaycan–Ermənistan sülh prosesi barədə fikir mübadiləsi aparıblar.
20:06 04.12.2025
Oxunuş sayı: 1144