Saryaqaşda “Dostluq Oyunları–2025” keçirilib
Qazaxıstanda Saryaqaş rayonunun Daxili siyasət şöbəsinin təşkilatçılığı ilə müxtəlif etnosların gənc nümayəndələri arasında “Dostluq Oyunları–2025” adlı idman tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, yarışda Azərbaycan, türk, uyğur və özbək etnoslarının nümayəndələri ləngi vurma, kəndir dartma, qol güləşi və aşıq atma kimi milli idman növləri üzrə mübarizə aparıblar.
Tədbirin məqsədi Prezident Kasım-Jomart Tokayevin “qanun və nizam” ideologiyasının təşviqi üzrə 2025–2030-cu illər Konsepsiyasının həyata keçirilməsi, eləcə də etnoslar arasında milli idman növlərini təbliğ edilməsi və dostluq münasibətlərinin gücləndirilməsi olub.
Yekun nəticələrə əsasən, “Qarabağ” Azərbaycan Etno-Mədəni Mərkəzinin komandası 1-ci, “Alpamıs” Özbək Etno-Mədəni Mərkəzinin komandası 2-ci, “Ümid” Uyğur Etno-Mədəni Mərkəzinin komandası 3-cü yeri tutub.
Sonda qaliblərə təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim edilib.
18:15 04.12.2025
Oxunuş sayı: 969