Ceyhun Bayramov niderlandlı həmkarı ilə siyasi məsləhətləşmələri müzakirə edib - Yenilənib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Deyvid van Vil ilə görüşüb.
Bu barədə Crossmedia.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı, ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Görüşdə, Azərbaycan-Niderland arasında bir sıra istiqamətlərdə, energetika, yaşıl enerji, ticarət, nəqliyyat bə digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.
İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə yüksək səviyyəli təmasların, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.
Qarşı tərəf ölkəmizin geniş regionda oynadığı rol, post-münaqişə dövründə və Vaşinqton sammitindən sonra bölgədə mövcud vəziyyət və reallıqlar barədə məlumatlandırılıb.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
16:28
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Niderland Krallığının xarici işlər naziri David van Veel ilə görüşərək siyasi məsləhətləşmələr mexanizmini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasları və Azərbaycan-Niderland arasında qarşılıqlı səfərləri müzakirə etmək üçün Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətinə toxunulub.
23:44 04.12.2025
Oxunuş sayı: 1066