Türkiyə və Pakistan enerji əməkdaşlığını gücləndirir
Türkiyə və Pakistan arasında yeni enerji əməkdaşlığını nəzərdə tutan mühüm saziş imzalanıb. Sənədə əsasən, Türkiyə şirkətləri Pakistanın həm dəniz, həm də qurudakı neft və təbii qaz yataqlarında kəşfiyyat və hasilat işlərinə cəlb olunacaq.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bu əməkdaşlıq iki ölkə arasında enerji təhlükəsizliyi və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlib.
Türkanə Məşədiyeva
10:00 03.12.2025
Oxunuş sayı: 1105