Dirijor Ramiz Məlik Aslanov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Səhhətində son zamanlar problemlər yaşayan Xalq artisti, dirijor Ramiz Məlik Aslanov müalicəsinə dövlət tərəfindən göstərilən dəstəyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Crossmedia.az məktubu təqdim edir:
“Hörmətli cənab Prezident, İlham Heydər oğlu Əliyev!
Dərin minnətdarlıq hissi ilə Sizə bu məktubu yazıram!
Sizin dəstəyiniz sayəsində mən vaxtında peşəkar həkimlərə müraciət edə bildim və bu, mənim həyat hekayəmdə həqiqətən də dönüş nöqtəsi oldu!
Ömrünü dirijor pultu arxasında keçirmiş, son zamanlar isə sevdiyim işdən məcburi olaraq uzaq qalmış bir insan kimi, göstərdiyiniz diqqət mənim üçün misilsiz mənəvi dayaq oldu, prosesin uğurlu nəticəsinə ümid və güc mənbəyinə çevrildi.
09:40 03.12.2025
Oxunuş sayı: 1297