Azərbaycan Kuboku: "Zirə" "Neftçi"ni mübarizədən kənarlaşdırıb
Futbol üzrə Azərbaycan Kubokunda növbəti 1/4 finalçı müəyyənləşib.
Crossmedia.az xəbər veir ki, 1/8 finalda "Neftçi"ni qəbul edən "Zirə" 1:0 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.
Qolu 116-cı dəqiqədə Junior Martins vurub.
Qəsəbə təmsilçisi növbəti raundda "Difai" – "Sumqayıt" duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" 1/4 finala yüksələn ilk komanda olmuşdu. 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.
21:56 02.12.2025
Oxunuş sayı: 565