Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olunub
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya İdarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin sosial şəbəkə hesablarında məlumat verilib.
Görüşdə səfir Azərbaycan Respublikasının Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovu onlara təqdim edib.
Keçirilən görüşlərdə həmçinin, ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb. İran XİN-in Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri ilə keçirilən görüşdə baş konsul Taleh Zöhrabov konsul patentini ona təqdim edib.
https://www.instagram.com/p/DRxOkEijF0E/?utm_source=ig_web_copy_link
23:05 02.12.2025
Oxunuş sayı: 672