Avropa İttifaqında korrupsiya qalmaqalı: Federika Mogerini saxlanılıb
Avropa İttifaqının sabiq xarici siyasət rəhbəri Federika Mogerini Belçika hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıq və korrupsiya işi çərçivəsində saxlanılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Belçika polisi Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) və onunla bağlantılı bir neçə qurumda genişmiqyaslı axtarışlar aparıb. Axtarışlar zamanı sənədlər, elektron məlumat daşıyıcıları və istintaq üçün əhəmiyyətli materiallar müsadirə edilib.
Məlumata görə, Mogerini ilə yanaşı iş üzrə daha iki nəfər də saxlanılıb. Onların hər üçü Avropa strukturlarında maliyyə və idarəetmə sahəsində vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İstintaq, əsasən, müxtəlif layihələrə ayrılan vəsaitlərin mənimsənilməsi ehtimalları üzərində cəmlənib.
Belçika prokurorluğu bildirib ki, hazırda toplanan istintaq materialları araşdırılır və yeni faktların ortaya çıxacağı istisna edilmir. Qurum həmçinin qeyd edir ki, işi “tam şəffaflıqla və hüquqi prosedurlara uyğun şəkildə” aparmaqda qərarlıdır.
Türkan Kərimli
09:48 03.12.2025
Oxunuş sayı: 1132