Qızılın dəyəri beynəlxalq bazarlarda 4 250 dolları ötüb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.
Crossmedia.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,74% artaraq 4 252,2 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,24% artaraq 59,43 ABŞ dolları olub.
09:44 03.12.2025
Oxunuş sayı: 998