Mateuş Koxalski “Qarabağ”dan gedə bilər
Qarabağ Futbol Klubunun qapıçısı Mateuş Koxalski aparıcı Avropa klublarının transfer hədəfləri siyahısına düşüb. Koxalski Çempionlar Liqasındakı uğurlu çıxışından sonra İtaliyanın “Napoli” və Almaniyanın Dortmund “Borussiya” klublarının diqqətini cəlb edib.
Bu barədə Crossmedia.az Polşa mediasına istinadən xəbər verir.
Məlumata görə, almanlar artıq qapıçının agenti ilə danışıqlara başlayıblar, italiyanlar isə qış transfer pəncərəsində “Qarabağ”a rəsmi təklif göndərməyə hazırdırlar.
Türkanə Məşədiyeva
18:26 02.12.2025
Oxunuş sayı: 701