Kaliforniyada keçirilən turnirdə soydaşımız çempion olub
ABŞ-nin Kaliforniya ştatının Şərqi Körfəz bölgəsində su polosu üzrə turnir keçirilib.
Crossmedia.az xəbər verir ki, yarışda Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvü Hüseyn Hüseynli də iştirak edib.
Dörd il üzgüçülük və altı il su polosu üzrə hazırlıq keçən gənc idmançı Şərq Körfəzi Atletika Liqası (East Bay Athletic League) üzrə “Vaterpol çempionu” adına layiq görülüb. O, “Junior Varsity (JV)” komandasının qapıçısı kimi bu yüksək adı əldə edən üç idmançıdan biri olub.
Soydaşımız ötən il də liqanın ən yüksək fərdi mükafatlarından biri sayılan “Ən dəyərli oyunçu” (Most Valuable Player) titulunu qazanıb. Bu nailiyyətlər onun idman karyerasında mühüm uğur kimi qiymətləndirilib.
17:00 02.12.2025
Oxunuş sayı: 841