Nərgiz Süleymanova Avropa Çempionatına vəsiqə qazanıb
Azərbaycanın fiqurlu konkisürmə üzrə idman tarixində ilk dəfə olaraq idmançımız Avropa Çempionatında iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, 27-30 noyabr tarixlərində İstanbulda keçirilən “Bosphorus Cup” yarışında qısa və sərbəst proqram üzrə çıxış edən fiqurlu konkisürənimiz Nərgiz Süleymanova 26 idmançı arasında 156.53 xal toplayaraq qızıl medal qazanıb və Avropa Çempionatına vəsiqə əldə edib.
Həmçinin, Səbinə Əliyeva 137.22 xalla 6-cı, yeniyetmə idmançımız Arina Kalugina isə 154.85 xalla 5-ci yerə sahib olub.
11:36 01.12.2025
Oxunuş sayı: 1504