Azərbaycanlı şahmatçıların dünya reytinqindəki mövqeləri bəlli olub
Azərbaycan təmsilçilərinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yenilənmiş reytinq cədvəlindəki mövqeləri bəlli olub.
Crossmedia.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov (2 730) 19-cu pilləyə geriləyib.
Teymur Rəcəbov (2 692) 37-ci, Rauf Məmmədov (2 645) 78-ci, Eltac Səfərli (2 644) 79-cu olub.
Kişi şahmatçıların siyahısına norveçli Maqnus Karlsen (2 840) başçılıq edir.
Qadın şahmatçılardan Ülviyyə Fətəliyeva (2 440) 33-cü, Günay Məmmədzadə (2 390) 53-cü, Gövhər Beydullayeva (2 358) 80-cidir.
Qadınlarda çinli Yifan Hou (2 620) liderdir.
09:36 01.12.2025
Oxunuş sayı: 1313