Özbəkistan elektron siqaretləri tamamilə qadağan edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə elektron siqaretlərin dövriyyəsini qadağan edən qanunu imzalayıb.
Crosmedia.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Qadağa elektron siqaretlərin və onlar üçün mayelərin alınmasına, saxlanmasına, daşınmasına, istehsalına, idxal və ixracına şamil olunur. Qanun pozuntusu böyük həcmdə olduqda və ya inzibati cəza tətbiq olunduqdan sonra təkrar baş verdikdə 300-dən 500-ə qədər baza hesablaması miqdarında (10,3–17,2 min dollar) cərimə, üç ilədək islah işləri və ya üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur.
Pərvin Hacıyeva
15:55 28.11.2025
Oxunuş sayı: 1106