“Qarabağ” ÇL-də V turdan sonra bir göstəricidə ilk üçlükdə qərarlaşıb
"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş oyununda rəqiblərdən top almağa görə üçüncü pillədə qərarlaşıb.
Crossmedia.az-ın məlumatına görə, Azərbaycan təmsilçisinin futbolçuları həmin matçlarda 227 dəfə buna nail olublar.
İspaniyanın "Atletik" (257) komandası bu nominasiyada birinci, Belçikanın "Yunion" (246) kollektivi ikincidir.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin V turunda İtaliyada "Napoli"yə uduzub - 0:2. "Köhlən atlar" hazırda turnir cədvəlində 7 xalla 19-cu pillədə qərarlaşıb.
09:19 27.11.2025
Oxunuş sayı: 1610