Turqutlu şəhərində Azərbaycan-Türkiyə şeir gecəsi keçirilib
Türkiyənin Manisa vilayətinin Turqutlu şəhərində Azərbaycan-Türkiyə şeir gecəsi keçirilib.
Crossmedia.az xəbər verir ki, Turqutlu Azərbaycan Mədəniyyət Dərnəyinin təşkil etdiyi tədbir Türkiyə Respublikasında 24 noyabr - Müəllimlər Gününə həsr olunub.
Gecədə Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Mehmet Akif Ersoy və Bəxtiyar Vahabzadənin şeirləri səsləndirilib.
İzmirdən HAN Teatrının heyəti gecənin ən rəngarəng iştirakçılarından biri olub. Gecədə teatrın qurucusu və bədii rəhbəri Rüçhan Gürel, azərbaycanlı aktrisa Roza İbadova Koçamaz, aktyorlar Pınar Peynircioğlu və Onur Peynircioğlu iştirak ediblər. Kütahyadan gələn Aşıq Mustafa Sarı nəğmələri ilə gecəyə rəng qatıb.
Tədbirdə Azərbaycan Mədəniyyət Dərnəyinin sədri Ünal Kağba, Turqutlu bələdiyyə başçısının müavini Hüseyin Malis, şair Bayram Ali Çelikten, SAKÜDER sədri, şair Gündüz Aydın, Türkiyə-Azərbaycan Federasiyası başqanının müavini Eşref Tuna, eləcə də yazıçılar, siyasi partiya nümayəndələri, QHT təmsilçiləri, jurnalistlər və müəllimlər iştirak ediblər.
22:50 26.11.2025
Oxunuş sayı: 1143