Çexiyada “Nəlbəki” rəqsi alqışlarla qarşılanıb
Çexiyanın Karlovı Varı şəhərində keçirilən “Suliko” incəsənət festivalında Azərbaycan təmsil olunub.
Crossmedia.az xəbər verir ki, festivalda Praqa Azərbaycan Mədəniyyət Evinin nəzdindəki həftəsonu məktəbinin 9 yaşlı şagirdi Məryəm Çobanova ölkəmizin milli rəqslərini və musiqilərini nümayiş etdirib. Çexiyada yaşayan və iki mədəniyyəti özündə birləşdirən gənc soydaşımızın ifasında ‘Nəlbəki’ rəqsi alqışlarla qarşılanıb. O, həmçinin gitaranın müşayiəti ilə Çex xalq mahnısını da səsləndirərək dinləyicilərin zövqünü oxşayıb.
Praqa Azərbaycan Mədəniyyət Evinin rəhbəri və festivalın münsiflər heyətinin üzvü Leyla Begim Cəfərova Azərbaycanın bu cür tədbirlərdə təmsil olunmasının əhəmiyyətinə diqqət çəkib. Festivalın müxtəlif mədəniyyətləri bir araya gətirdiyini vurğulayaraq Məryəm Çobanovanın çıxışını yüksək qiymətləndirib.
15:20 26.11.2025
Oxunuş sayı: 613